23 İyul 2021 22:13
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Moskva səfəri uğurlu alınıb. Moskvada prezidentlər öz aralarında ortaya çıxan sualları müzakirə edərək həll ediblər”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadə hesab edir ki, ortaya çıxan sual əsasən Qarabağa yerləşən rus sülhməramlı missiyasının öz səlahiyyətləri çərçivəsində vəzifələrini yerinə yetirməməsi ilə bağlı ola bilər. Onun sözlərinə görə, atəşkəsin pozulması və Ermənistan tərəfinin özünün real vəziyyətə qeyri-adekvat aparması da müzakirə mövzusu olması ehtimalı yüksəkdir: “Ruslar indi bölgədə qalmaqda maraqlıdır. Bu səbəbdən də onlar çalışacaqlar ki, konflikt olmasın”.

Bununla yanaşı partiya sədri bildirir ki, Rusiyanın Ermənistana təzyiq və təsir etmək imkanları əvvəlki dövrdəki qədər deyil: “Rusiya hazırda birbaşa təzyiq edə bilməz. Nəzərə alınmalıdır ki, Ermənistanda ruslara qarşı vəziyyətdə dəyişib. Amma Rusiya Ermənistanın ağasıdır və bu şübhəsizdir. Normalda istəsə və vacib saysa, İrəvana təsir göstərə bilər. Bunu edib-etməyəcəyini də zamanla müşahidə edəcəyik”.


Müəllif: Nemət