Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı başlayır.
Teleqraf.com xəbər verir ki, toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.
İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin və Pakistan İslam Respublikasının Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.