44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi təhsil sisteminə də öldürücü zərbə vurub. Belə ki, bu il ali məktəblərə keçirilən tələbə qəbulunun nəticələrinə görə 15 min yer boş qalıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Professorun fikrincə, müqayisə üçün belə bir fakt maraqlıdır ki, ötən il ali məktəblərdə 12 min 250 yer boş qalmışdı: “Bir ildə bu fərq 2 min 750 nəfər təşkil edir. Belə vəziyyətin yaranmasının bir neçə səbəbi var. Birincisi, Azərbaycanın qazandığı tarixi qələbədən sonra heç bir gələcəyi olmayan Ermənistandan əhali, xüsusən gənclər kütləvi şəkildə köçüb gedirlər. Ölkə boşalır”.
Deputat ikinci səbəbi Ermənistanda mövcud olan keyfiyyətsiz təhsil sistemi ilə əlaqələndirib: “Təhsil eksperti Atom Mxitaryan “Sputnik Armeniya”ya verdiyi müsahibəsində bu vəziyyəti “biz dövlətçiliyimizi itiririk” kimi qiymətləndirib. Hələ bu harasıdır. Bir neçə ildən sonra heç ordu sıralarını doldurmağa adam da tapa bilməyəcəklər”.