29 İyul 2021 16:51
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir: "Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir".

Kalaşnikovun fikrincə, Paşinyan əvvəlcə bu cür ideyaları öz səviyyəsində müzakirə edə bilərdi: “O KTMT-nin üzvüdür və bu təşkilata üzv ölkələrin, xüsusilə də narahatlığın olduğu Tacikistanın mövqeyini bilir. Bu səbəbdən daha ehtiyatlı davranmaq lazımdır”.

Komitə sədri qeyd edib ki, bu, çox mürəkkəb, ciddi məsələdir və ilk növbədə, üç dövlət başçısı – Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir: "Əgər söhbət açıq şəkildə bəyan edilirsə bu daha çox siyasətdən xəbər verir. Yaxşı ki, Ermənistan və Azərbaycan sərhədində insidentlərin sayı hələlik azdır və bu insidentlər kiminsə kiməsə hücum etməsinin effekti deyil”.

Xatırladaq ki, daha əvvəl Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhəddi boyunca Monitorinq missiyası yerləşdirməyi təklif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər