29 İyul 2021 23:53
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər