Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.
YAP-dan Teleqraf.com-a bildirilib ki, siyasi təşkilat baş vermiş hadisədən təəssüf hissi keçirir.
Məlumatda qeyd olunur ki, məsələyə hüquqi qiymət verildikdən sonra YAP rəsmi münasibət bildirəcək.
Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Deputat karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.