5 Avqust 2021 17:31
3 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan hansısa statusla KTMT-yə üzv olmaq üçün müraciət etməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycanın KTMT-yə müşahidəçi qismində qoşulma ehtimalının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Müxtəlif maraqlı ölkələrin təşkilatın fəaliyyətinə tərəfdaş və ya müşahidəçi kimi cəlb edilməsini nəzərdə tutan sənədlər qəbul edilib. Bu cür qərarlar konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfdən belə bir müraciət hələ təqdim edilməyib”, - nazirliyin rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu