7 Avqust 2021 17:28
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 7-də Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, partiyamız bu gün sürətlə inkişaf edən, xalqımızın bütün təbəqələrini özündə birləşdirən, möhkəm sosial bazası olan qüdrətli siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası bu gün 760 mindən çox partiya üzvünü ətrafında birləşdirib. Bu da xalqın partiyaya inamının böyük olduğunu göstərir. Yeni Azərbaycan Partiyasının bu inkişaf prosesində YAP Gəncə şəhər təşkilatı da öncül yerlərdən birini tutur.

Qeyd olunub ki, YAP Gəncə şəhər təşkilatının sıraları son illər ərzində əhəmiyyətli dərəcədə genişlənərək, 40300 nəfərdən 43940 nəfərə çatıb. Hesabat dövründə partiyaya 4710 nəfər üzv qəbul edilib. YAP Gəncə şəhər təşkilatında qeydiyyatda duran 43940 nəfər partiya üzvündən qadınların sayı 27239 nəfər (61,9 %), kişilərin sayı 16701 nəfər (38,0 %) gənclərin sayı isə 23716 nəfər ( 53,9 %) təşkil edir.

Sonra YAP Gəncə şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nazim Əhmədovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Gəncə şəhər təşkilatının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədr müavini, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

IX hesabat konfransının keçirilməsi münasibətilə YAP Gəncə şəhər təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Gəncə şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər