10 Avqust 2021 13:36
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir.

S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə monitorinq həyata keçirir.

Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər