19 Avqust 2021 20:14
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban"ın növbəti addımı Rusiya sərhədləri yaxınlığında yerləşən dövlətlərə təsir etmək olacaq. Mütləq onlar Tacikistan və Özbəkistana təsir edəcəklər. Bu isə Rusiyaya qarşı açıq çağırış olacaq.

Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.

O əmindir ki, bir müddət sonra Əfqanıstanın “Taliban” hökuməti ilə Moskva arasında çox gərgin münasibətlər ortaya çıxacaq:

“Bu, Rusiya üçün açıq çağırışdır. Taliban çalışacaq ki, Özbəkistanla Tacikistanı özünə tabe etdirsin. Bu isə Rusiyanın maraqlarına ziddir. Mən demirəm ki, müharibə olacaq, ancaq Amerika bunu istəsə, belə bir müharibə də olacaq”.

Politoloq hesab edir ki, “Taliban”la bağlı müşahidə olunan proseslər əslində Vaşinqton tərəfindən düşünülən strategiyadır.

Müsahibimiz həmçinin deyib ki, guya ABŞ çıxdıqdan sonra Əfqanıstanda yaranan boşluğu Rusiya və Çinin dolduracağı haqda iddialar sadəcə əfsanədir.


Müəllif: Nemət

Oxşar xəbərlər