ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Qarabağla bağlı təhrikedici açıqlama verib.
Teleqraf.com xəbər verir ki, tez-tez Ermənistanın maraqlarından çıxış edən səfir bu dəfə də eyni mövqeyi sərgiləyib.
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə barışmayan diplomat Qarabağ münaqişəsinin həllini tapmadığını iddia edib:
“Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən və sözügedən bölgədə baş verən müharibənin nəticələri aradan qaldırılmadığından münaqişə hələ həll olunmayıb”.
Minsk qrupunun həmsədri olaraq fəaliyyətimizi davam etdirəcəyik. Vəziyyətin gərginləşməsini azaltmaq, insidentləri aradan qaldırmaq üçün çalışacağıq ki, qalan məsələlər, müharibədən sonrakı vəziyyət və qalan məsələlərin son həllinə baxılsın”.
Sərhəddəki duruma gəldikdə, Treysi bununla bağlı açıqlma verdiyini və ABŞ Dövlət Departamenti tərəfindən bir neçə dəfə mövqenin sərgiləndiyini qeyd edib:
“Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin qeydə alındığı Geqarkunik bölgəsinin sərhəd rayonlarından birinə getdim. Şiddətə ən qısa vaxtda son qoymaq üçün vəziyyətin gərginləşməsini istədiyimizi açıq şəkildə bildirmək istəyirəm”.
Səfir bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayıb.