26 Avqust 2021 14:38
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ermənistanda baş verənləri anlaşıqlı qarşılamaq lazımdır. "Qınama, qınanmayana qədər bilməyəcəksən" kəlamı var. Əslində bizdəki 1990-cı illərin əvvəllərində mövcud olan situasiya indi Ermənistanda yaşanır. O zaman onlar qalib, biz məğlub idik. Çünki bizdə daxili çəkişmələr var idi. İndi bu proses Ermənistana transfer olunub, Azərbaycan isə qalibdir”.

Bu sözləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Ermənistan parlamentində müşahidə olunan anarxiyanın səbəblərini şərh edərkən deyib.

Politoloq əlavə edib ki, ermənilər əslində 30 il əvvəl etdiklərinin cəzasını indi çəkməyə başlayıb.

Onun fikrincə, bu proses hələ bir müddət davam edəcək: “Onlar zamanında böyük səhv edərək Azərbaycan ərazilərinə soxuldular, indi də altını çəkirlər”.

Siyasətşünas onu da xatırladıb ki, Ermənistan müstəqil və qüdrətli dövlət deyil: “Ermənistan birmənalı şəkildə ancaq Rusiyadan asılı olsaydı, yenə də düşünmək olardı ki, özlərini qorumaq məqsədilə belə gediş ediblər. Ermənistan dörd dövlətin arasında qalıb və onlardan asılı vəziyyətdədir. Bunlar İran, Yunanıstan və Argentinadır. Odur ki, Ermənistanın daxilində hakimiyyətə və ona qarşı qüvvələrin üz-üzə gəlməsi realdır. Düzdür, Paşinyan demokratk yolla seçilib, amma bu müəyyən həddə qədər işləyəcək. Oradakı “Qarabağ klanı" tam məhv olmayıb, həm də Rusiyanın orada maraqları toqquşur və aranı qarışdırmaq niyyətindədir. Bütün bunların fonunda Ermənistanda aranın qarışması təbii hal olmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər