1 Sentyabr 2021 14:14
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma “müstəqillik günü” qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma “parlamentin xüsusi iclası”nda Ermənistandan qonaqların iştirakı da gözlənilir:

- “Ermənistan” bloku: Armen Rustamyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri Robert Koçaryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olmayacaq;

- “Şərəfim var” bloku: cəmi bir deputatla – Artur Vanetsyanla (Vətən partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik xidmətinin rəhbəri olub) iştirak edəcək;

- Hakim “Mənim addımım” fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir;

Ermənistan rəhbərliyindən heç kim qondarma “mərasimə” qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir (sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də Vyanada səfərdə olacaq; prezident Armen Sarkisyan ümumiyyətlə yoxa çıxıb;

Separatçılar Ermənistan rəhbərliyinin iştirakı üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə bilməyiblər: Nikol anlayır ki, onun Xankəndidə getməsi mümkünsüzdür.

Lakin qondarma “müstəqillik günü”ndə iştirak Ermənistanın daxili siyasi mübarizəsində mübarizənin gündəmini müəyyən edəcək amildir: iştirak etməyənlər ittihamlarla üzləşəcək, bu baxımdan, hər fraksiya hansısa formada təmsil olunmağa çalışacaq;

Bütün bunların fonunda Bakının hansı addımı atacağı əsas müzakirə mövzusudur:

1. Siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə qədər effektli olacağı sual altındadır;

2. Hərbi müstəvidə addımlar ata bilər: müdafiə nazirinin 30 avqustda orduya “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmri bu ehtimalı önə çıxarır;

Hələ ki? səssizlikdir, lakin nələrinsə edilməsi zərurəti var. Və başqa bir ehtimalı da mümkündür: Bakı qondarma “müstəqillik günündə” susub, ardınca, bunu siyasi və hərbi müstəvidə müdaxilə üçün əsas götürə bilər.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər