Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Macarıstan Milli Assambleyasının təşkil etdiyi tədbirə Amerika, Avropa, Asiya, Afrika qitələrindəki bir sıra dövlətlərin nümayəndələri qatılacaqlar.
Deputatımız forumda “Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə” mövzusunda məruzə ilə çıxış edəcək.