6 Sentyabr 2021 14:33
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat işğalçı Ermənistanın danışıqsız hərbi təslim olması haqqında aktdır. Müharibədə Ermənistan məğlub oldu. Azərbaycan dövləti və milləti qalib gəldi. Bu qələbə Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin qanı, qazilərimizin igidliyi, iqtisadiyyatın, diplomatiyanın, siyasətin, millətin milli-mənəvi ruhunun və dövlət başçımız İlham Əliyevin qətiyyəti nəticəsində qazanıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor söyləyib ki, torpaqlarımlz işğaldan azad edildi və orada hər şey yenidən dirçəlir: “Çünki 30 il müddətində işğal altındakı torpaqlar viran qoyulmuş, dağıdılmışdı. Dövlət başçısının bilavasitə nəzarəti altında dirçəliş və quruculuq işləri görülür. İlk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilir və infrastruktur yaradılır. Bundan sonra vətəndaşlarımız daimi yaşayış yerlərinə dönəcəklər”.

Musa Qasımlı bildirib ki, artıq həmin yerlərə yeni nəfəs gəlir: “Füzulidə beynəlxalq hava limanının açılışı Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərə qısa müddətə çatmaqda qüdrətinin olduğunu göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər