10 Sentyabr 2021 11:15
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.

“Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, - o bildirib.

Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər