Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılır.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı sənəd parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.
Toplantıda həmçinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı və komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunacaq.