Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Səfər çərçivəsində Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Liderlərin iki ölkə arasında münasibətləri və Suriya məsələlərini müzakirə edəcəyi planlaşdırılır.