22 Sentyabr 2021 09:16
2 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Azərbaycanın Türkiyə və Pakistanla keçirdiyi təlimlərə qısqanclıqla yanaşdı və Azərbaycana güc göstərmək istədi. İran heç vaxt Araz çayı boyunca təlim keçirməyib. Çünki həmin ərazi düzənlikdir, üstəlik oralarda Azərbaycan türkləri yaşayır. Heç zaman bu ərazidən İrana hücum olmayıb, olması da gözlənilmir. Çünki Azərbaycan qanunvericiliyi buna imkan vermir. Bütün bunlara rəğmən İran əvvəl hədələməyə cəhd edir. Azərbaycan Qafan-Gorus yolunu bağladıqdan sonra İranın bu düşüncəsi üzə çıxdı. İran çalışır ki, etdikləri gizli qalsın. Bu üzə çıxdığına görə narahat oldular, çünki danırdılar”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O əlavə edib ki, ermənilər İranın din qardaşı olmasa da, gen qardaşıdır:

“Farslarla ermənilər eyni kökdəndir. İndi köklərindən olan qardaşları uduzduğuna görə, sanki bizdən qardaşlarının heyfini çıxmaq istəyirlər. Bunun başqa adı yoxdur. Baxın, müsəlman ölkəsi bizik, əhalisinin yarısının türk olduğu İrandır. 1300 ildən çox İranı ayaq üstə türklər saxlayıb. Bu gün də İranda ən fəal əhali türklərdir. Dövlət başçısı, bəzi nazir və deputatlar, nəhayətdə ordunun yarısı türkdür. İranın nə etmək istədiyi anlaşılmır".

C. Nuriyev xatırladıb ki, Azərbaycan yeganə dövlətdir ki, İranın burada dini nümayəndəliyi var:

“51 müsəlman dövləti var, ölkəmizdə bir İranın dini nümayəndəsi var. Onun da nə işlə məşğul olması ayrı mövzudur. Amma bütün hallarda Azərbaycanın dini işlər üzrə komitəsi var, verilən bəyanatlara reaksiya vermək lazımdır”.

Diqqəti İranın keçirdiyi təlimlərə cəlb edən mütəxəssis əlavə edib ki, İran beynəlxalq qanunları pozaraq təyyarələri, helikopterləri Azərbaycanla 100 metrlik məsafədə uçurur:

“Bunlar kimə öz güclərini göstərirlər? Azərbaycana əzələ nümayişi göstərdiklərini nümayiş etdirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Qafan-Gorus yolunu açdıra bilərlər. Bunlar özlərini şir görürlərsə, quyruqları da Ermənistandır. Bu quyruqları da Qarabağda yanıb, yaralanıb. İran bu səbəbdən quyruğundan narahatdır. İran ağlını başına yığmalıdır. Bizim onunla işimiz yoxdur, onun da Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur”.

Sonda politoloq qeyd edib ki, hazırda Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb:

“Türkiyə göstərdi ki, Azərbaycanın yanındadır. İran 85 milyon deyib çar çəkirdi, Türkiyə də 85 milyondur. Nəzərə alsaq ki, Yaxın və Orta Şərqin deyil, həm də müsəlman-islam dünyasının lideri Türkiyədir, deməli qardaşlarımız söz sahibidir. Azərbaycana olan dəstəyini və sevgisini ortaya qoydu. Türkiyədəki təlimlər İranın əzələ nümayişinə cavab, Azərbaycana sevgidir. Qars müqaviləsinə görə də Naxçıvanın təhlükəsizliyinə Türkiyə qarantdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər