21 Sentyabr 2021 17:25
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan-Paşinyan görüşündə pis bir şey görmürəm. Belə bir görüşə normal yanaşmaq lazımdır. İki qonşu dövlətdir. Onlar arasında münasibətlər olmalıdır. Əlbəttə, bunun bizə də müsbət təsirləri ola bilər. Ermənistanın Türkiyə ilə səmimi münasibətlər qurmaq istəyib-istəmədiyinə gəldikdə deyim ki, Ermənistan rəzil vəziyyətdə olduğu üçün hər şeyə razılaşa bilər”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Ermənistan Baş naziri Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş istəyini məhz Gürcüstan baş naziri vasitəsilə çatırmasına gəldikdə Araz Əlizadə bildirib ki, bu yolla Paşinyan göstərir ki, həm də Gürcüstanla hesablaşır: “

Məncə, bu nə Qərbin, nə də Rusiyanın təşəbbüsüdü. Şəxsən Nikol Paşinyanın öz təşəbbüsüdür. Bəli, Ermənistan konstitutiyasında və müstəqillik haqqında bəyannaməsində Türkiyəyə qarşı ərazi iddialarının olması haqda fikirlər var. Belə iddialarla diplomatik əlaqələrin qurulub-qurulmaması məsələsi də önə çıxır. Düşünürəm ki, Ermənistan bunu dəyişər. Bəzən deyirlər ki, erməni cəmiyyəti bunu istəməz, buna qarşı çıxar və s. Əslində isə erməni cəmiyyətinə fikir verən yoxdur. Paşinyan seçkilərdə erməni xalqının səsini alaraq qalib gəlib. Deməli, atını hara tərəf istəsə sürəcək. Ermənistan daxilində ona qarşı duracaq siyasi qüvvə yoxdur”.

Araz Əlizadə hesab edir ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına etiraz etməz: “Onlar buna razı olacaqlar. Çünki Türkiyə ilə Rusiyanın münasibətləri normaldır”.


Müəllif: Nemət