Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda Arutyunyanın mühafizəçilərinin müşayiəti ilə Petrosyanın İrəvandakı malikanəsinə gəldiyi bildirilib.
Araik Arutyunyan səfərindən əvvəl Petrosyanın mətbuat katibi Vaxram Poqosyanla görüşüb.
Poqosyan görüşdən sonra açıqlama veriləcəyini deyib.