22 Sentyabr 2021 09:44
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər sadəcə olaraq “mən də varam” prinsipinə asaslanır. Buna cavab olaraq da qardaş Türkiyə də açıq şəkildə mesaj verir ki, “biz buradayıq”. Eyni zamanda İran heç vaxt Azərbaycanla müharibə edə bilməz.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun fikrincə, İran ordusunda xidmət edənlərin 60 faizi Azərbaycan türküdür: “Bunları nəzərə almaq lazımdır. Əgər bu gün İran rəsmi sənədlərdə “Armenia, Stepanakert” yazırsa bununla hansı azərbaycanlı razılaşmalıdır? Ona görƏ də, Azərbaycan Gorus-Qafan yolunda özünün inzibati tədbirlərini reallaşdırır. İran isə sərhəddə özünəməxsus bir göstəriş etməyə çalışır”.

Deputat bildirib ki, əsl müsəlman dövləti Azərbaycanın əraziləri işğal olunanda, ermənilər İslam dəyərlərini məhv edəndə buna etiraz edər:

“İndiki halda isə İranın Azərbaycanla sərhəddi hansısa bir hərbi təlimləri sadəcə əzələ nümayişidir. Amma bu, əhəmiyyətsiz məsələdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər