“Rusiya Azərbaycan və Ermənistan arasında seçim etmək istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.
Silayevin fikrincə, Qarabağdakı 44 günlük müharibədən sonra Rusiya üçün Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu qorumaq vacibdir:
“Birincisi, bu, Rusiyanın vasitəçi rolunu qorumaq üçün vacibdir. İkincisi, Bakı ilə münasibətlər Moskva üçün təkcə Qarabağ yox, həm də Xəzər dənizi və çoxsaylı iqtisadi əlaqələr baxımından önəmlidir. Buna görə də Rusiya İrəvanla Bakı arasında seçim etmək məcburiyyətində qalacaq vəziyyətdən qaçacaq”.