Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.
Ceyhun Bayramov bildirib ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, əlaqələrin inkişafı perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.