23 Sentyabr 2021 10:27
13 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İranla sərhəd bölgələrinə əlavə canlı qüvvə və hərbi texnika göndərib.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Türkiyənin bu addımının Azərbaycanla sərhəd bölgələrində hərbi təlim keçirən İrana cavab olduğunu bildirib:

“İranın Azərbaycanın cənub sərhədində hərbi təlimlərə başlamasına cavab olaraq, Türkiyə İranla sərhədə xüsusi təyinatlılar, motoatıcı və zirehli-tank birləşmələrini yollayıb. Bundan başqa, İranla sərhədin yaxınlığında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, habelə “Bayraktar” və “Akıncı” zərbə PUA-ları baraj vurur.

Eyni zamanda, Türkiyə Suriyanın İdlib vilayətinə də əlavə qüvvələr yeridib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər