23 Sentyabr 2021 15:40
2 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsdərləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Özbəkistana səfər edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiyalı diplomat Minsk qrupu həmsdərlərinin fəaliyyətlərini davam etdirməyə çalışdıqlarını bildirib:

“ATƏT-in Minsk Qrupunun boş olduğunu deməzdim. Təmaslar davam edir, bəlkə də o qədər də açıq deyil, amma buna baxmayaraq təmaslar var. Minsk qrupundakı həmsədrimiz Bakı və İrəvanda olub, orada yüksək səviyyədə bir sıra görüşlər keçirib.

Hazırda üç həmsədr Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırır: həm bir-biri ilə, həm də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə. Bu baş verərsə, iki ölkə arasında normallaşma prosesinin praktiki forma alması yaxşı əlamət olardı. Minsk qrupunu sülh prosesi yolunda irəliləmək üçün əhəmiyyətli vasitə olaraq görməyə davam edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu