24 Sentyabr 2021 11:32
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılmır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Suren Papikyan deyib.

Jurnalistlərə açıqlama verən Papikyan buna əlavə münasibət bildirməyəcəyini söyləyib: “Düşünürəm ki, bu məsələ ilə bağlı verilən şərh kifayətdir”.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Nikol Paşinyanın onunla görüşməyi təklif etdiyini açıqlayıb.

Bundan sonra açıqlama verən Paşinyanın mətbuat katibi Mane Gevorqyan demişdi ki, hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında heç bir əlaqə yoxdur: “Amma Ermənistan hökuməti belə təmaslara hazırdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər