“Dost ölkə olaraq Rusiyadan, cənab Putindən fərqli yanaşmalar gözləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Putindən gözləntilərim çox fərqlidir. Təəssüf ki, Suriyadakı rejim ölkəmizin cənubunda təhlükə yaradır. Dost ölkə olaraq Rusiyadan, cənab Putindən fərqli yanaşmalar gözləyirəm. Bu mübarizəni birlikdə aparmalıyıq. ABŞ-ın Suriya ilə heç bir əlaqəsi yoxdur. İran, Rusiya və biz bu anda buradayıq. O yeri sülh hövzəsinə çevirmək istəyiriksə, mütləq görüşməliyik və bunları müzakirə edəcəyik. Rusiya ilə ikitərəfli əlaqələrimizi daha da irəli aparmaq istəyirik”, - Türkiyə lideri qeyd edib.