24 Sentyabr 2021 17:19
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycana məğlubiyyəti Rusiyanın bölgədəki təsirini xeyli zəiflədib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Silayev deyib.

Ekspert müharibədə Azərbaycana dəstək verən Türkiyənin bölgədə Rusiya qarşısındakı mövqeyini gücləndirdiyini bildirib.

“Türkiyənin əzmi sayəsində Azərbaycanın xeyrinə formalaşan Qarabağ müharibəsi, “Rusiyadan xəbərsiz Qafqazda bir güllə belə atıla bilməz” nəzəriyyəsini alt-üst etdi”, - Silayev vurğulayıb.

O, Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin Rusiyanın nüfuzuna xələl gətirdiyini söyləyib.

Türkiyənin qətiyyətinin bölgədə güclü status qazanmasına səbəb olduğunu deyən Silayev vurğulayıb:

“Bu durum Rusiyanın Qafqazdakı nüfuzuna ciddi təsir etdi. Rusiya nüfuzunu bərpa etmək üçün Qara və Xəzər dənizlərində genişmiqyaslı hərbi təlimlər keçirmək məcburiyyətində qaldı”.


Müəllif: Mənsur Rəğbətoğlu