25 Sentyabr 2021 23:35
11 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Azərbaycan arasında Qarabağdakı sülhməramlıların fəaliyyət ilə bağlı fikir ayrılıqları var. Çünki sülhməramlılar öz səlahiyyətlərindən kənar işlərlə məşğuldurlar. Bakı bununla bağlı Moskvaya etirazını bildirib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Azərbaycan Prezident İlham Əliyev Rusiya mətbuatına verdiyi müsahibədə bir sıra məqamlara toxunub:

“Prezidentin bu müsahibəsindən sonra Rusiya Müdafiə Nazirliyi hər gün açıqladığı xəritələrdə keçmiş DQMV-nin sərhədlərini yığışdırdı. Yəni Hadurt, Xocavənd və Şuşa üzərindəki xəritə oyunlarını dayandırdı. Xəritə Rusiya sülhmərmlıların məsuliyyət zonasına daxil olan əzariləri əhatə edir. Bunu Azərbaycan və Türkiyənin bölgədəki mövqeyinin güclənməsi və Rusiyanın reallıqla barışmağa başlaması kimi səciyyələndirmək olar. Bundan əlavə, hesab edirəm ki, Bakı və Moskva arasında gedən pərdəarxası danışıqlarda da Azərbaycanın maraqları tanınıb.

Təsadüfi deyil ki, prezident də öz müshibəsində Rusiya-Azərbaycan münasibətlərindəki pozitiv məqamlara diqqət çəkdi.

Bakı və Moskva arasında müəyyən müsbət atmosferin formalşaması Putin-Ərdoğan görüşünə də pozitiv təsir edəcək. Qənaətimə görə, bu görüşdə hər iki tərəfin maraqlarına cavab verən razılaşmaların əldə ediləcəyi ehtimalı yüksəkdir. Bunu Kreml və Bakının qarşılıqlı jesatlərində də görmək olar. Artıq Azərbaycanın Rusiyadan müəyyən silahları alacağının mesajı verilib. Rusuyanı narahat edən əsas faktorlardan bir də bu idi: Azərbaycan bazarını itirmək istəmir. Silah alışı ilə bağlı sövdələşmə Kremlin kompromisə getməsi deməkdir və ya burada ciddi rol oynaya bilər”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bundan sonrakı mərhələdə ATƏT-in Minsk qrupunun fəliyyətində müəyyən korrektlərin ediləcəyi mümkündür:

“Təsadüfi deyil ki, həmsədrlər verdikləri son bəyanatda yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına töhfə verəcəklərini qeyd etdilər. Rusiya da Minsk qrupunun aktiv şəkildə Qarabağ məsəsləində rol almasında maraqlı deyil. Buna baxmayaraq, Moskva bu formatdan istənilən vaxt Azərbaycanın əleyihnə istifadə edə bilər. Təbii ki, baş verənlərin maraqlarımıza uyğun formalaşmsında Türkiyə-Azərbaycan tandeminin güclənməsi də öz müsbət rolunu oynayır”.


Müəllif: Mənsur Rəğbətoğlu