25 Sentyabr 2021 21:46
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı bir sıra önəmli məsələlərə toxundu. Nəzərə alsaq ki, Vətən müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsindəyik, onda müharibə zamanı həyata keçirilən hərbi-siyasi vəziyyətə də nəzər salmaq gərəkdir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov bildirib.

O deyib ki, bu xüsusda Prezident bir sıra önəmli məsələləri vurğuladı: “Diqqətimizi çəkən əsas xüsuslardan biri hərbi texnikanın tətbiqidir. Prezident Vətən müharibəsi zamanı özünü yaxşı tərəfədən göstərən pilotsuz uçuş aparatları (PUA) məsələsinə toxunub. Azərbaycan tərəfi müasir texniologiyaların əldə olunması, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və zərbə dronlarının əldə olunması istiqamətində uzun müddətli fəaliyyət həyata keçirir. 2016-cı ilin aprel ayında da PUA-lardan geniş istifadə olundu, lakin hərbi əməliyyatların qısamüddətli olması onların uzun zaman kəsiyində istifadə edilməsini və onun müsbət tərəflərini göstərmək imkanını məhdudlaşdırdı.

Lakin Vətən müharibəsiz zamanı Azərbaycan həm “Harop”lardan, həm “Striker”, “Orbiter” PUA-larından, həm də Türkiyənin müdafiə sənayesinin ən öncül PUA-larından hesab olunan “Bayraqdar” PUA-larını geniş şəkildə istifadə etdi. Onlar araında əlaqənin və uzlaşdırmanın həyata keçirilməsi isə ümumiyyətlə önəmli xarakter daşıyır və dünyanın hərb tarixinə daxil ediləsi innovasiyadır. Çünki kəşfiyyat dronları ilə zərbə dronları arasında əlaqənin təmin edilməsi böyük hərbi bilik, bacarıq və peşəkarlıq tələb edir.

Eyni zamanda “Harop” ilə “Bayraqdar” arasında əlaqənin təmin edilməsi isə həm də İsrail texnikası ilə Türkiyə texnikası arasında koordinasiyanın məhz Azərbaycan Ordusu tərəfindən həyata keçirilməsinin əyani təzahürü idi”.

İlyas Hüseynov deyib ki, hərbi seqmentdə həyata keçirilən bu uzlaşdırma əlaqəsi həm də önəmli xarakter daşıyır: “Bəzən siyasi münasibətlərdə fikir ayrı-seçkiliyinin və ziddiyyətlərin olduğu iki dövlətin istehsal etdiyi texnikanın hərb meydanında, döyüş teatrında uzlaşdırılması və bunun Azərbaycan tərəfdən həyata keçirilməsi mühüm bir amil kimi dəyərləndirilir. Ümumilikdə PUA-ların Vətən müharibəsinin gedişinə xüsusi damğa vurduğunu qeyd edə bilərik”.

Politoloq bildirib ki, məsələnin digər önəmli mahiyyəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhu və düşməndən intiqam almaq hissi prioritet təşkil edib:

“Bu, həm də Şuşanın azad olunmasında qəhrəman xüsusi təyinatlılarımızın peşəkarlığı ilə müşayiət olunur. Şuşa zəfəri həm də Azərbaycan əsgərinin, xüsusi təyinatlılarının nə qədər peşəkar olduğunu göstərdi. Burada müasir texnologiyalarla yanaşı döyüş ruhu Azərbaycan Ordusunun tərəfində olduğu üçün Azərbaycan tarixi zəfər qazandı. Bayrağı sancan da, düşməndən torpağı azad edən də, bizə qələbəni qazandıran da Azərbaycan əsgəridir və Azərbaycan əsgəri ilə qürur duyuruq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər