Böyük Bretaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp sosial şəbəkədə 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Tvitter hesabında paylaşım edən səfir Azərbaycan xalqına başsağlığı verib.
“27 sentyabr – Anım Günü. Keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq, ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - Ceyms Şarp qeyd edib.