27 Sentyabr 2021 22:22
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müharibədən keçən bir ildə görülən işləri, cənab Prezidentin verdiyi fərmanı, Anım Günü ilə bağlı qərarı çox yüksək qiymətləndirirəm. Sülhməramlılarla bağlı, ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınması məsələləri qalır. Status məsələsini ermənilər birdəfəlik yaddan çıxarsın. Həmçinin Zəngəzur dəhlizi məsələsi cənab Prezidentin dediyi kimi öz həllini tapacaq”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov Teleqraf.com-a Azərbaycan ordusunun öz ərazilərindən işğalçı erməni ordusunu çıxarmaq məqsədilə başladığı hərbi əməliyyatın birinci ildönümü haqqında danışarkən deyib.

Vahid Əhmədov bildirib ki, Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətləri sürətlə inkişaf edir:

"Bu əlaqələrin daha da sürətlə getməsi ölkəmizə lazımdır. Son on ayda işğaldan azad edilən ərazilərimizdə böyük işlər aparılıb. Füzulidə hava limanı açıldı. Bu yaxınlarda Zəfər Yolu da istifadəyə veriləcək. Artıq Şuşada müəyyən festivallar, tədbirlər keçirilir, əhalimiz bu qədim mədəniyyət beşiyimizə gedib-gəlirlər. Yəni işğaldan azad olunan ərazilərdə görülən işlər miqyasına görə çox böyükdür. İnfrastrukturun yaradılması ilə paralel kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülür".

Millət vəkili əlavə edib ki, müharibənin başlamasından keçən bir il ərazində Qarabağda böyük tikinti və bərpa işləri aparılır:

“Bu, çox böyük hadisədir. Bir il ərzində bu qədər iş görmək asan məsələ deyil. Şəxsən cənab Prezidentin rəhbərliyi altında bu qədər işlər görülüb. Prezident Administarsiyasının rəhbəri Samir Nuriyev sədrlik etdiyi komissiya yaradılıb. Mütəmadi olaraq işləyir, bu prosesə nəzarət edirlər. İndiyə qədər çox böyük işlər görülüb, bundan sonra da görüləcək işlərimiz böyükdür. Əhalimiz bunu görməlidir. Eyni zamanda Azərbaycanda mövcud olan milli birlik və həmrəylik müharibə zamanında olduğu kimi daim qorunub saxlanılmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər