Sentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Tərəflər bir sıra aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, R.T.Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. İki ölkə prezidenti arasında görüş Soçi şəhərində keçiriləcək.