29 Sentyabr 2021 18:01
7 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Türkiyə və ABŞ arasında münasibətlər çox gərgindir. Türkiyə BMT-nin 76-cı Baş Assambleyasında fəal iştirak edib. Həmçinin aydın olur ki, ABŞ-Türkiyə münasibətlərində gərginlik yaranıb. Bu səfərdən sonra Prezident Ərdoğan Rusiyaya səfər edir. Məlum olduğu kimi ABŞ-da Bayden-Ərdoğan görüşü də keçirilmədi. Bütün bunlar münasibətlərin gərgin mərhələdə olduğuna işarətdir”.

Bu sözləri politoloq Əli Abbasov Teleqraf.com-a Türkiyə-Amerika münasibətlərini şərh edərkən bildirib.

Diqqəti Asiyaya çəkən Əli Abbasov deyir ki, artıq burada NATO-nun deyil, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) rolu artıb:

“Türkiyə isə ŞƏT-də müşahidəçi qismində iştirak edir. Əlbəttə, Ankara NATO-dan çıxıb ŞƏT-in üzvü olması çətindir. Amma hər halda Ankara da geopolitik siyasətdə baş verənləri diqqətlə izləyir. Üstəlik bu gün Soçidə Ərdoğan-Putin görüşü var. Üstəlik İran Prezidenti Rəisi də Rusiyaya səfər edir. Mümkündür ki, bu görüşdə Ərdoğan-Rəisi müzakirəsi də baş tuta bilər. Nəzərə almaq lazımdır ki, İran və Türkiyə sərhədində də gərginlik mövcuddur. Bütün bunlar deməyə əsas verir ki, hazırda çox maraqlı vəziyyət yaranıb”.

Əli Abbasov qeyd edib ki, Pezident Ərdoğan artıq ABŞ-da BMT sessiyasından sonra fikirlərini mətbuatda deyib və ABŞ-ı sərt tənqid edib:

“Normalda Nyu-Yorkda Ərdoğan-Bayden görüşü ola bilərdi. Amma bu, baş vermədi. Belə görünür ki, Bayden bunda maraqlı olmayıb. Yəni bir sıra məsələlərə dair Ankara və Vaşinqton arasında razılaşma yoxdur. Konkret odur ki, İran, Rusiya, Çin, Hindistan, Pakistan kimi ölkələr artıq Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunur. Türkiyə də bu quruma gəlsə, NATO-dan güclü təşkilat yarana bilər. ABŞ bundan narahat olmalıdır. Amma biz görürük ki, ABŞ Böyük Britaniya və Avstraliya ilə əməkdaşlıq platforması yaradır, əvəzində Avropa Birliyini prosesdən kənarda saxlayır. Üstəlik ABŞ, İngiltərə və Avstraliya Sakit okean regionunda Çin və Rusiya ilə üz-üzə gəlir, bu prosesə Avropa Birliyini buraxmır. Məncə, indi dünyada vəziyyət heç də yaxşı deyil. Məsələ Türkiyə-ABŞ münasibətlərindən getmir, ümumi gərginlik və anlaşılmazlıqlar ortaya çıxıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər