Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə tərəflər arasında danışıqların bəzən çətin keçdiyini, lakin həmişə müsbət nəticə verdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, V.Putin deyib:
“Danışıqlar bəzən çətin olur, amma sonda müsbət nəticələnir. Bizim müvafiq qurumlarımız hər iki ölkə üçün faydalı kompromislər tapmağı öyrənib”.