30 Sentyabr 2021 12:02
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan ərazilərimizə “Böyük qayıdış”la bağlı parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var və onların dəyişdirilməsi əhəmiyyətlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında təklif edib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsinə xüsusilə toxunub.

Deputat işğaldan azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna parlamentin yenidən baxa biləcəyini bildirib: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər