“Şəhid ailələri ilə bağlı qanuna yenidən baxılması zərurətə çevrilib. Bu qanun qələbədən öncə qəbul edilib. Amma indi reallıq fərqlidir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat əlavə edib ki, onların ən çox istəkləri arasında övladlarının adlarının əbədiləşdirilməsi məsələsi var: “Bunun üçün geniş imkanlar var. Qanuna edilən dəyişiklik bu imkanları daha da genişləndirə bilər”.
Komitə sədri eyni zamanda aliment problemi haqqında anışıb. Onun sözlərinə görə, bu istiqamətdə onlara çoxlu sayda müraciətlər daxil olur. Deputat bu məsələnin də həll edilməsini vacib sayıb.