30 Sentyabr 2021 16:38
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclis qəbul edib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsini parlamentin Təhlükəsiz, müdafiə və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri deyib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə ilə yüzlərlə sənəd imzalanıb. Bunların içərisində 1994,1996, 2000-ci illərdə imzalanan sənədlər də var. Şuşa Bəyannaməsini də bura əlavə etmək olar. Hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub. Xüsusilə, söhbət təyinatlılarının təlimlərindən söhbət gedir. Bu yaxınlarda belə təlim keçirildi.

15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi imzalananda prezidentlər qeyd etdi ki, bu çərçivə sənədidir və xeyli sənədlər qəbul ediləcək. Bu sənəd həmin qəbildəndir”.

Komitə sədri bildirib ki, Şuşada keçirilən hərbi təlimlərə bəzi dövlətlər qısqanclıqla yanaşıb: “Heç kəs narahat olmasın. Biz istəyirik ki, yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini qəbul etsin, beynəlxalq səviyyədə tanınan sərhədlərimizə hörmətlə yanaşsın. Çox təəssüflər ki, biz bunu görmürük. Minsk qrupunu fəallaşdırmağa çalışırlar, "status" haqqında danışırlar. Cənab Prezident bəyan etdi ki, muxtariyyət və digər məsələlər gündəlikdə yoxdur. Biz ancaq əməkdaşlıq haqqında danışa bilərik. Hesab edirəm ki, bu sənəd Azərbaycanın milli maraqlarına tam uyğundur”.

Qeyd edək ki, Anlaşma Memarondumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.
Anlaşma Memorandumunda qeyd olunan ev sahibi ölkənin dəstəyi göndərən ölkənin qüvvələrinin ev sahibi ölkənin ərazisinə daxil olduğu andan başlayır və göndərən ölkənin qüvvələrinin son komponentinin ev sahibi ölkənin ərazisini tərk edənədək davam edir.

Təlim zamanı ev sahibi ölkənin ərazisində olarkən yarana biləcək cinayət yuridiksiyası və intizam cəzasının verilməsi səlahiyyəti ilə bağlı bütün məsələlər 1992-ci il 11 avqust tarixli müqavilə və 1996-cı il 10 iyun tarixli sazişin müddəaları ilə tənzimlənir.

Göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur. Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər