“Musa Quliyev qanun layihəsini geniş formada təqdim etdi. Qaldırdığı məsələləri dəstəkləyirik. Elə məsələlər (şəhidlər və uşaqları haqqında) var ki, onlar tez həll edilməlidir. Burada peşə təşkili zamanı həmin uşaqlara üstünlük verilməlidir. Sosial iş yerlərində əməkhaqqı 250 manatdır, bundan çıxmalar da olur. Amma görüşlər zamanı düşünməli olursan. Elə şəhid ailələri üzvləri var ki, ixtisaslı mütəxəssislərdir və iş tapa bilmirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Əli Məsimli deyib.
O qeyd edib ki, bəzən vakant yerlər olur, amma belə mütəxəssislərin orada işə düzəlməsi mümkün olmur: “Üstəlik uşaqlarla bağlı məsələlər ciddidir. Bu barədə dərindən düşünməliyik. Bəzən kənddə bir şəhid olur. Kənddəki məktəbi onun adına verilməsi təklif olunsa da, məsələ çətinə düşür. Minlərlə küçənin adı yoxdur, onlara şəhid adlarını vermək olar”.
Ə. Məsimli qeyd edib ki, bu istiqamətdə problemlər həllini tapmalıdır.