1 Oktyabr 2021 12:46
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov və “Ze! Molodejka” gənclər hərəkatının rəhbəriliyi arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, “Ze! Molodejka” gənclər hərəkatının mərkəzi ofisində baş tutan görüşdə Ukrayna Ali Radasının deputatı və sözügedən hərəkatın rəhbəri Aleksandr Sançenko, bu qurumun digər rəhbər şəxsləri Vladimir Misaylo, Alina Poddubnaya və Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad əbu əl-Rub iştirak ediblər.

UAR baş katibinə “Ze! Molodejka”nın fəaliyyəti haqda məlumat verən Alina Poddubnaya azərbaycanlı gənclərlə intensiv əlaqə qurmaq arzusunda olduqlarını deyib. Bu məqsədlə hakim Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatını Ukraynaya dəvət etdiklərini bildirib: “Oktyabrın 28-də Xarkovda başlayacaq görüşlərimiz ayın 30-da Kiyevdə yekunlaşacaq. Bu əməkdaşlığın faydalı olacağına inanırıq”.

Aleksandr Sançenko isə Ukraynada yaşayan etnik gənclərin beynəlxalq radasının qurulmasının zamanının gəldiyini bildirib.

Səmimi görüş üçün “Ze! Molodejka” hərəkatının rəhbərliyinə təşəkkür edən UAR baş katibi Ceyhun Məmmədov gənclər siyasətinin önəmini vurğulayıb. O, Ukraynada yaşayan etnik gənclərin beynəlxalq radasının qurulmasına dəstək verəcəklərini deyiib və onları UAR-ın ofisində Qarabağ Zəfəri ilə bağlı təşkil olunan fotosərgiyə dəvət edib.

Görüşdə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyasının gənclər təşkilatı olan “Ze! Molodejka” Hərəkatı və UAR arasındakı əlaqələrin hərtərəfli inkişaf etdirilməsi qərara alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu