1 Oktyabr 2021 17:39
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının builki payız plenar sessiyası çərçivəsində "Təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ uğrunda bərabərsizliklə mübarizə" mövzusunda dinləmələr keçirilib.

Teleqraf.com-a xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın payız sessiyasında çıxış edib.

Deputat çıxışı zamanı Ermənistanın istər münaqişə dövründə, istər də post-münaqişə dövründə ölkəmizə qarşı törətdiyi ekoloji terrordan və onun yaratdığı fəsadlardan bəhs edib:

“Bəsitçay Dövlət Təbiət Qoruğunda meşə sahələrinin məhv edilməsi, Oxçuçayın sənaye tullantıları ilə bilərəkdən çirkləndirilməsi haqqında məlumatları xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırıb”.

Könül Nurullayeva üzv dövlətlərdə adekvat ətraf mühitin yaradılması istiqamətində hazırladığı təkliflər planını irəli sürüb.


Müəllif: Tapdıq Qurbanlı