5 Oktyabr 2021 14:11
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, hərbi cani Serjik Sərkisyan sıradan bir erməni dığası kimi tanınırdı. Ermənicə əxlaqsız qadınlara bir neçə ad deyilir. Serjikin də belə bir ləqəbi vardı. Ermənilər, onunla yoldaşlıq edənlər də Serjiki belə çağırırdılar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Serjikin adı heç bir yerdə olmayan, nüfuzsuz şəxs idi: “Sonradan SSRİ Təhlükəsizlik Komitəsi belə adamları agent kimi işə cəlb etdi. Robert Köçəryan da bu işə cəlb olunanlardan idi. Bundan sonra belə adamlar ortaya çıxdılar”.

Deputat bildirib ki, məlum hadisələrdən sonra Serjik Sərkisyan cinayətkarlığı, qəddarlığı ilə “tanınmağa” başladı: “Sərkisyan karyerasına siyasətçi kimi yox, cani, terrorçu kimi başlayıb. Məhz bu səbəbdən də serjiklər, köçəryanlar keçmiş “Dağlıq Qarabağda” mühüm postlar tutmağa nail oldular”.

Elman Məmmədov Ermənistana 10 illərlə Sərkisyan, Köçəryan kimi canilərin rəhbərlik etdiyini və bu faktın özünün erməni cəmiyyəti haqqında fikir formalaşdırdığını söyləyib: "Bir xalqa, dövlətə hərbi canilər, terrorçular rəhbərlik edirsə, bu dövlətin aqibəti aydın şəkildə göz önündə canlanır”.


Müəllif: Tapdıq Qurbanlı