7 Oktyabr 2021 16:47
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın rusiyali həmkarına Azərbaycandan şikayəti məntiqsiz və gülüncdür. Bölgədə “sərhədlərin dəyişdirilməsi, terrorçuların və sionistlərin varlığı" ilə bağlı uydurma və cəfəngiyyat dolu iddialara Rusiyanın reaksiyasını gözləmək sadəlövlükdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, İranın Rusiyadan belə məntiqsiz gözləntilərinin olması Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsini həzm etməməklə bağlıdır:

“Beynəlxalq ictimaiyyət, Ermənistanın özü belə Azərbaycanın sərhədlərində dayanması faktı ilə razılaşıb. İndiki halda olan real mənzərə isə İranın Azərbaycana xoş niyyətli olmaması ilə izah olunur”.

Deputat hesab edir ki, İran tərəfinin “terroristlər” və “sionistlər”, “İsrailin Azərbaycanda olması” kimi absurd yanaşmalar qəti olaraq rədd olunur: “Azərbaycanda İsrailin hərbçilərin olması ilə bağlı heç bir fakt yoxdur. Dövlət rəhbəri də bununla bağlı açıq şəkildə qeyd etdi ki, fakt varsa açıqlasınlar. Fakt olmadığı halda bununla bağlı Rusiyaya Azərbaycandan şikayət etmək iranlı diplomatın təcrübəsizliyini göstərir. Bunun əskinə olaraq Azərbaycan və Rusiya bölgədə uzunmüddətli sülhün yaranmasına xidmət edəcək addımların atılması üzərində işləyir”.


Müəllif: Tapdıq Qurbanlı