11 Oktyabr 2021 15:06
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın paytaxtı Belqradda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.

Nazir qeyd edib: "Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik"

Qeyd edək ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.


Müəllif: Teleqraf.com