12 Oktyabr 2021 12:02
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək.

Komitə sədri hesab edir ki, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq: "Bu, texniki xarakter daşıyacaq”.

Əli Hüseynli 1991-ci ilin oktyabrında deputat olmuş şəxslərin mükafatlandırılması və onların pensiyaları haqqında qaldırılan məsələlərə reaksiya verərkən deyib ki, bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənən prosesdir: “Burada hüquqi problem yoxdur. Bizim də qanunvericilik təşəbbüsü ilə çıxış etmək niyyətimiz yoxdur”.


Müəllif: Nemət