13 Oktyabr 2021 12:05
11 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı söhbətin əsas mövzusu üçtərəfli iki bəyanatın həyata keçirilməsi, sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri, eləcə də Türkiyənin təklif etdiyi “3+3” formatı idi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Yervand Bozoyan deyib.

Ekspert bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2008-ci ildə oxşar təşəbbüslə (“3+3” formatı) çıxış edib və o vaxt bu “Qafqaz Platforması” adlandırılıb. Onun sözlərinə görə, Rusiya tərəfi o zaman bu mövzuda passiv mövqe tutub və uzun müddət müzakirə edilməyib.

“Amma Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi konfiqurasiyası dəyişib, Avropa Birliyi və ABŞ-ın bölgədəki rolu azalıb, Türkiyənin rolu artıb. Bütün bunları nəzərə alaraq, Rusiyanın da mövqeyi dəyişə bilər”, - politoloq qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu