13 Oktyabr 2021 15:40
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli anlaşmanın əldə edilməsi üçün çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Ermənistanda yeni təyin olunmuş səfiri Ann Luyo deyib.

Səfir müzakirə olunan anlaşmanın təfərrüatları barədə məlumat verməyib, amma ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirak etdiyini bildirib:

“Fransa, Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli anlaşmanın əldə olunması üzərində işləyir. Sizə deyə bilərəm ki, Nyu-Yorkda müəyyən dəyişiklik oldu. ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdən məmnunuq.

Bu, kiçik addım kimi görünə bilər, amma çox böyük addımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu