13 Oktyabr 2021 16:55
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın son 30 ildə müəyyən mənada bəzi sərbəstlik və imtiyazlardan yararlanıb. İndi bu imtiyazlardan məhrum olduğu üçün bizimlə hərbə-zorpa dilində danışmaq istədi. Elə bildi ki, kimsə İranın qabağından qaçacaq, qorxacaq. Amma bunun tam əksini gördü. Hesab edirəm ki, indi İran yaxşı-yaxşı düşünməlidir”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov İran-Azərbaycan münasibətlərinin perspektivini qiymətləndirərkən deyib.

Milli Məclis üzvü bildirib ki, İrana rəhbərlik edən insanlar kifayət qədər geniş və dərin düşünməyi bacarırlar:

“Onlar heç vaxt bu səhvə yol verib Azərbaycana qarşı nəsə etmək fikrinə düşməzlər. Çünki belə fikirlərə düşsələr, böyük bəlalara düçar olarlar. Bunu onların özü çox yaxşı bilirlər”.

Deputat güman edir ki, İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik nisbətən səngimə istiqamətində getməlidir:

"Necə ki biz İrana qarşı münasibətlərdə səmimiyik və istəyirik ki, qonşu ilə münasibətlərimiz mehrab şəraitdə olsun, məncə, İran da bunu istəməlidir. Çünki belə mehriban qonşuluq siyasəti bizdən daha çox İrana lazımdır. Bu mənada İran rəhbərləri düşünməlidirlər. Azərbaycanla gərgin münasibətlər onların özünə də lazım deyil”.


Müəllif: Nemət