14 Oktyabr 2021 14:38
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi bu təşkilatın mövcud olduğu illərin ən uğurlu dövrü olub. Prezident İlham Əliyevin liderliyi və təşəbbüskarlığı ilə Qoşulmama Hərəkatı dünyada daha işlək bir təşkilata çevrilib, nüfuzu artıb. Qoşulmama Hərakatı üzv ölkələrin sayına görə dünyada ən böyük ikinci təşkilatdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, qlobal pandemiya dövründə Qoşulmama Hərakatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videoformatda iclasların keçirilməsi ənənəsi meydana gəlib: “Onlayn qaydada beynəlxalq iclasların keçirilməsinə başlamaqla COVID-19 pandemiyasına qarşı mübarizədə qüvvələrin səfərbər olunması üçün mühüm təşəbbüslər irəli sürülüb. Peyvənd millətçiliyi və ayrı-seçkiliyin baş verməsinə imkan verilməməsi ilə bağlı çağırışlar edilib. Sözsüz ki, bu təşəbbüslər BMT tərəfindən yüksək dəyərləndirilib və Xüsusi Sessiyada Azərbaycanın təklif etdiyi vacib məsələlər müzakirəyə təqdim olunub”.

Millət vəkili hesab edir ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyada daha işlək və məsələlərə təsir etmək gücü olan təşkilata çevrilib: “Hərəkata üzv ölkələri arasında əməkdaşlıq münasibətlərin möhkəmlənməsi beynəlxalq təşkilatlarda müəyyən məsələlərin müzakirəsində vahid siyasi gücü nümayişi, ədalətli qərarların qəbuluna imkan yaradıb”.

Azər Badamova görə, Azərbaycanın təşkilata sədriliyi dövründə parlamentləri arasında əməkdaşlıq, Gənclər Şəbəkəsinin təsis iclası, Hərəkat daxilində təsisatlanma ideyası üzərində yeni platformaların yaradılması təşəbbüsləri yüksək qiymətləndirilir: “Bu mənada Azərbaycan Qoşulmama Hərəkatının lokomotivinə çevrilib. Məhz Hərəkata üzv dövlətlər Azərbaycanın sədriliyini daha bir il, 2023-cü ilə qədər uzadılmasına qərar verib. Bu təşkilat Vətən müharibəsi dövründə BMT-də Azərbaycana qarşı qətnamə qəbul etmək istəyən dövlətlərin qarşısını alıb”.


Müəllif: Tapdıq Qurbanlı